Ordu.az xəbər verir ki, ABŞ HDQ-nin paslanan döyüş gəmiləri son illərdə HDQ-nin hazırlığı və imici ilə bağlı əsas müzakirə mənbəyi olub
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların hərbi gəmilərində geniş yayılmış “pas”la bağlı uzun müddətdir davam edən tənqidləri növbəti HDQ katibi olaraq seçdiyi şəxs vasitəsilə yenidən gündəmə gətirib.
ABŞ HDQ katibi vəzifəsinə namizəd Con Felan fevralın 27-də senatorlara deyib ki, o, Trampdan gecə saatlarında məsələ ilə bağlı şikayət edən mesajlar alıb.
ABŞ Auditorlar Bürosu (GAO) tərəfindən ABŞ HDQ-nin gəmiqayırma və təmirə diqqətini şübhə altına alan hesabatın yayımlanmasından sonra Felan həmin gün Senatın Silahlı Qüvvələr Komitəsinə (SASC) verdiyi ifadədə bildirib ki, gəmiqayırma Tramp və əlavə olaraq özü üçün prioritetdir.
Felan HDQ-nin bu sövdələşmələrdə hansı restrukturizasiyaya ehtiyac duya biləcəyini görmək üçün “birinci gündə” bütün müqavilələri nəzərdən keçirməyi planlaşdırdığını deyib.
Sevinc Əliyeva
Ordu.az