İran Prezidenti ABŞ ilə dialoq istəsə də, Xameneyi buna qarşı çıxıb

2024/07/1720697497.jpg
Oxunub: 552     17:41     02 Mart 2025    
İran Prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişi ətrafında bağlı ABŞ ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib, lakin ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei buna qarşı çıxıb.

Bu barədə Ordu.az “İRNA”ya istinadən xəbər verir.

“Dialoqa getməyin daha yaxşı olacağını düşündüm, lakin ali rəhbər dedi ki, biz ABŞ ilə danışıqlar aparmayacağıq”, - Pezeşkian deyib.

İran Prezidenti qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır.

Fevralın 4-də ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, bu, Tehranı son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin