Rusiya Ukraynada Avropanın sülhməramlılarının yerləşdirilməsi ideyasına qarşı çıxıb

2025/02/1739213633.jpg
Oxunub: 521     14:19     02 Mart 2025    
Rusiya Ukraynada Avropanın sülhməramlılarının yerləşdirilməsi ideyasına qarşı çıxıb.

Ordu.az-ın xəbərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov "Krasnoy zvezde”-yə müsahibəsində deyib ki, Avropada Ukraynada sülhməramlıların yerləşdirilməsi barədə müzakirələr həyasızlıqdır və Kiyevi Rusiyaya qarşı müharibəyə təhrik etməkdir.

Sergey Lavrov bildirib ki, Qərbdə avropalı sülhməramlıların yerləşdiriləcəyi ərazilərin və həmin ərazilərdə rus dilinin taleyinin necə olacağına aydınlıq gətirə bilməzlər: “Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi Rusiya üçün münaqişənin ilkin səbəbinin aradan qalxmaması demək olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin