Lavrov: "Moskva və Vaşinqton müharibənin qarşısını almağa borcludurlar"

2024/12/1733460013.jpg
Oxunub: 576     14:06     02 Mart 2025    
“Moskva və Vaşinqton Ər-Riyadda keçirilən danışıqlarda etiraf ediblər ki, qlobal gündəmdəki bütün məsələlərdə eyni düşünə bilməzlər, lakin hər iki tərəf müharibənin qarşısını almağa borcludur”.

Ordu.az xəbər verir ki, bunu Krasnaya Zvezda” nəşrinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz heç vaxt dünya siyasətinin hər bir məsələsində eyni cür düşünməyəcəyik. Biz bunu Ər-Riyadda etiraf etdik. Amerikalılar da bunu etiraf etdilər. Onlar özləri, əslində, bunu deyiblər”, - Rusiya XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, Rusiya və ABŞ bir tərəfdən ümumi maraqlar tapıb çoxlu qarşılıqlı faydalı işlər görə bilər, digər tərəfdən isə maraqların uyğunsuzluğu halında hər şeyi müharibə vəziyyətinə salmamağa borcludurlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Moskva   Vaşinqton  


Bizi "telegram"da izləyin