Tacikistanda Ali Məclisinin Nümayəndələr Palatasına seçkilər baş tutmuş sayılıb

2025/03/9f1c4-1740907297.jpg
Oxunub: 435     13:15     02 Mart 2025    
Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasına seçkilər baş tutmuş sayılıb. Belə ki, seçici fəallığı 50%-i ötüb.

Ordu.az-ın məlumatına görə, bunu Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının sədri Bəxtiyor Xudoyorzoda deyib.

“Yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 11:00 - Qeyd) ölkənin bütün 3 513 seçki məntəqəsində seçicilərin 59 faizi səsvermədə iştirak edib, bu say seçicilərin ümumi sayının yarıdan çoxunu təşkil edir. Odur ki, seçkilər baş tutmuş hesab edilir”, - deyə o, bildirib.

Qeyd edək ki, martın 2-də Tacikistanda parlamentin aşağı palatasına, eləcə də ölkənin vilayət, şəhər, rayon və kəndlərinin qanunvericilik orqanlarına seçkilər keçirilir. Yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 05:00) respublika üzrə 3513 seçki məntəqəsi açılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tacikistan   Seçki  


Bizi "telegram"da izləyin