ABŞ 4 milyard dollarlıq hərbi yardımın İsrailə göndərilməsini sürətləndirəcək

2025/02/1739694089.jpg
Oxunub: 621     09:17     02 Mart 2025    
ABŞ hökuməti İsrailə təxminən 4 milyard dollar dəyərində hərbi yardımın çatdırılmasını sürətləndirəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun şənbə günü yaydığı bəyanatda deyilir.

"Mən İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək üçün fövqəladə səlahiyyətlərdən istifadə etmək üçün bəyannamə imzaladım", - bəyanatda deyilir.

Bəyanatda həmçinin imzalanan sənədin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası tərəfindən İsrailə müəyyən növ silahların tədarükünə qoyulan məhdudiyyətləri ləğv etdiyi bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası 2025-ci il yanvarın 20-dən etibarən İsrailə ümumilikdə 12 milyard dollar dəyərində silah və hərbi texnika satışına icazə verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin