Norveç şirkəti ABŞ-nin hərbi gəmilərinə xidmət göstərməyi dayandırıb

2025/03/1740893142.jpg
Oxunub: 570     03:52     02 Mart 2025    
Norveçin "Haltbakk Bunkers" şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə xidmət göstərməyi dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Daily Express” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə buna səbəb kimi ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında mübahisə göstərilib.

“Qısaca və əsas sözlə: Biz Norveçdəki ABŞ qüvvələrinə və onların Norveç limanlarına daxil olan gəmilərinə yanacaq tədarükünü dərhal dayandırmaq qərarına gəldik”, - şirkətin bəyanatında deyilir.

Şirkət Avropa şirkətlərini də eyni addımı atmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   ABŞ  


Bizi "telegram"da izləyin