“Blue Ghost” kosmik aparatı Aya eniş edib - YENİLƏNİB

2025/03/1740892928.jpg
Oxunub: 806     16:11     02 Mart 2025    
ABŞ-nin “Firefly Aerospace” şirkətinin “Blue Ghost” kosmik aparatı Aya eniş edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.

Kosmik aparat yerli vaxtla 03.34-də uğurla Aya eniş edib. Aparatın göyərtəsində 10 tədqiqat qurğusu var. NASA ilə razılaşmaya əsasən, “Blue Ghost” kosmik aparatı Ayda tədqiqat aparacaq.

Missiya 14 gün davam edəcək.

***

"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi bazar günü Aya eniş edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə "NASA"dan məlumat verilib.

Aya eniş ABŞ şərq sahilləri vaxtı ilə saat 03:34-ə planlaşdırılıb. Modulun Ayın görünən tərəfindəki Böhran dənizində Latreyl dağı yaxınlığında səthdə aktiv işi 14 gün davam edəcək.

Aya eniş aparatı yanvarın 15-də "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə buraxılıb. Kosmik gəmi Ay haqqında bilikləri inkişaf etdirməyə və gələcək insanlı missiyalara hazırlaşmağa kömək edəcək 10 "NASA" tədqiqat alətini daşıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blue-Ghost   Ay  


Bizi "telegram"da izləyin