Kanadanın baş naziri Londonda Ukrayna toplantısına qatılacaq

2024/11/1732684023.jpg
Oxunub: 495     01:26     02 Mart 2025    
Kanadanın baş naziri Castin Trüdo Avropa liderlərinin martın 2-də Londonda keçiriləcək Ukrayna görüşündə iştirak edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Kanada hökumətinin başçısının cədvəlində əks olunub.

Bildirilib ki, C.Trüdo martın 2-də Ukrayna ilə bağlı keçiriləcək sammitdə iştirak etmək üçün martın 1-də Londona uçacaq.

Qeyd edək ki, fevralın 25-də Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynadakı münaqişəni müzakirə etmək üçün bu həftə sonu Avropa liderlərinin görüşünü keçirməyi planlaşdırdığını təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Trüdo   London  


Bizi "telegram"da izləyin