Tacikistanda parlamentin aşağı palatasına seçkilər keçiriləcək

2025/03/db6b2-1740892448.jpg
Oxunub: 571     03:21     02 Mart 2025    
Tacikistanda parlamentin aşağı palatasına, vilayət, şəhər, rayon və kəndlərin qanunvericilik orqanlarına seçkilər keçiriləcək.

Bu barədə Ordu.az yerli KİV-ə istinadən xəbər verir.

Səsvermə qarışıq sistem üzrə təşkil olunur: 41 deputat birmandatlı dairələrdən, daha 22 deputat isə siyasi partiyaların siyahısı ilə seçiləcək. Aşağı palatada 63 yer uğrunda 220 namizəd mübarizə aparacaq: 152 birmandatlı namizəd (onlardan 65-i özü namizədliyini irəli sürüb - red), qalanları isə siyasi partiyalardandır. Vahid ümumrespublika seçki dairəsi üzrə partiyalar tərəfindən daha 68 namizəd irəli sürülüb.

Ən böyük namizəd qrupu - 80 nəfər ölkə Prezidenti Emoməli Rəhmonun rəhbərlik etdiyi hakim Tacikistan Xalq Demokratik Partiyasından (XDP) seçkilərdə iştirak edir. Seçkilərdə “Aqrar”, “Demokrat”, Kommunist, Sosialist və İqtisadi İslahat partiyaları da iştirak edir. Müxalifətdə olan Sosial Demokrat Partiyası isə namizədlərini irəli sürməyib.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tacikistan   Seçki  


Bizi "telegram"da izləyin