Roma Papasının vəziyyəti sabitdir

2024/12/1734443374.jpg
Oxunub: 403     00:25     02 Mart 2025    
Roma Papası Fransiskin bronxospazmdan sonra vəziyyəti sabit qiymətləndirilir.

Ordu.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, pontifik qeyri-invaziv süni ventilyasiya almağa davam edir.

Xatırladaq ki, Roma Katolik Kilsəsinin 88 yaşlı rəhbəri fevralın 14-dən xəstəxanadadır. Ona tənəffüs yollarının infeksiyası səbəbindən ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Fevralın 22-də və bir gün əvvəl tənəffüs tutmaları olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası  


Bizi "telegram"da izləyin