Ərdoğan: "Türkiyə terrorla mübarizədə dünyanın ən qətiyyətli ölkələrindəndir"

2024/12/1733847610.jpg
Oxunub: 517     00:12     02 Mart 2025    
Türkiyə terrorla mübarizə məsələsində təkcə regionun deyil, dünyanın ən qətiyyətli ölkələrindəndir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid ailələrinin üzvləri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə həm sərhədləri daxilində, həm də ondan kənarda terrorla mübarizədə ən bacarıqlı aktorlardandır.

Ərdoğanın sözlərinə görə, Türkiyə hökuməti bütün addımlarında xalqı düşünür: “Türkiyə indi qurulan oyunlara gedən yox, xain və riyakar oyunları pozan aktora çevrilib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin