Barselona Azərbaycan Evində Xocalı soyqırımı qurbanları anılıb - FOTOLAR

2025/02/barsa-1740759754.jpg
Oxunub: 718     20:06     28 Fevral 2025    
İspaniya Krallığının Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri Kərim Kərimovun təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə Ordu.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, açılış nitqi ilə çıxış edən Barselonada yaşayan soydaşımız, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü Çiçək Zalova Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

Barselonada yaşayan həmyerlimiz, cəmiyyətin üzvü Nailə Adilqızı xalqımızın yaşadığı ağır günlərdən danışıb. Sözləri özünə məxsus olan qələbə ruhlu “Ulu Dövlət” musiqisindən bəhs edib.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarxlar və “Ulu Dövlət” adlı videoklip nümayiş olunub.

İspaniyada yaşayan azərbaycanlı gənc bəstəkar, pianoçu Sara Amirian Dilrubanın Xocalıya həsr olunmuş və böyük Simfonik Orkestr üçün bəstələdiyi “Fəryad” əsəri, Azərbaycan Televiziyasının Xocalı haqqında qısametrajlı filmi təqdim edilib. Pianinoda Fikrət Əmirovun “Elegiya” əsəri ifa olunub.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Barselona   Azərbaycan   Xocalı  


Bizi "telegram"da izləyin