Ordu.az xəbər verir ki, FNSS “Pars Alpha” 8×8 Yeni Nəsil Zirehli Döyüş Vasitəsini 2024-cü ildə keçirilən “2024 World Defense Show” beynəlxalq müdafiə sənayesi sərgisində təqdim edib.
Bu kontekstdə “Pars Alpha” komandir və sürücünün yan-yana oturduğu, ətrafa periskoplar vasitəsilə baxdığı quruluşu ilə seçilir.
Bundan əlavə, sürücü və komandirin güc bloku bölməsinin arxasında yerləşməsi də şəxsi heyətin mühafizəsi baxımından vasitəni rəqiblərindən fərqləndirir.
Mina, ballistik və əldəqayırma partlayıcı qurğu təhlükələrindən qorunmaq üçün nəzərdə tutulmuş daxili yerləşdirmə bütün istiqamətlərdən vasitəyə gələ biləcək yüksək səviyyəli təhlükələrə qarşı ekipaj və personalın təhlükəsizliyini artırır.
Sevinc Əliyeva
Ordu.az