Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

2025/02/1740566514.jpg
Oxunub: 365     15:21     27 Fevral 2025    
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Aİ liderlərini və Ukrayna Prezidenti Volodimir Zelenskini Avropa Şurasının martın 6-da Brüsseldə keçiriləcək xüsusi iclasında iştiraka dəvət edib.

Ordu.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Aİ Şurasının prezidentinin dəvət məktubuna istinadən məlumat yayıb.

“Sizi martın 6-da Avropanın müdafiəsinə və Ukraynaya həsr olunacaq xüsusi iclasa dəvət etmək istərdim. Mən Prezident Zelenskini son hadisələri müzakirə etmək üçün Avropa Şurasının iclası münasibətilə Brüsselə dəvət etdim”, - sənəddə qeyd edilib.

Onun sözlərinə görə, sammitin əsas məqsədi fevralın 3-də başlayan müzakirənin davamı olacaq: "O, Avropa liderlərinə sürətli qərarlar qəbul etməyə imkan verməlidir. Bu qərarlar Avropanı daha suveren, bacarıqlı etməlidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koşta   Zelenski  


Bizi "telegram"da izləyin