Rusiyada hökumət binasına qumbara atılıb

2024/05/6105b-1716645620.jpg
Oxunub: 393     14:32     27 Fevral 2025    
Rusiyanın Samara vilayətində hökumət binasına qumbara atılıb.

Ordu.az xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.

Onun sözlərinə görə, insident nəticəsində tələfat və xəsarət alan olmayıb.

Partlayış nəticəsində səki plitələrinə ziyan dəyib.

Qumbaranı atan şəxs saxlanılıb. Hadisənin motivləri araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qumbara  


Bizi "telegram"da izləyin