Kreml: Aİ və ABŞ arasında ticarət müharibələri Rusiyaya təsir edə bilməz

2025/02/1740133370.jpg
Oxunub: 378     14:08     27 Fevral 2025    
"Bizim ABŞ ilə mümkün olan minimum ticarət dövriyyəmiz var. Hansısa tarif və ya rüsum bizə təsir edə bilməz".

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz şübhəsiz ki, dünyada çoxlu ticarət müharibələri görmək istəməzdik. Bu və ya digər şəkildə bu, dünyanın bütün ölkələrinə mənfi təsir göstərəcək. Bilirsiniz ki, mövcud olduğumuz indiki şəraitdə biz diqqətimizi dost ölkələrimizə, BRİСS ölkələrinə, bizimlə ticarətdə maraqlı olan digər qitələrə yönəldirik. Orada biz artıq öz maraqlarımıza və tərəfdaşlarımızın maraqlarına ən uyğun olan modallıq qururuq. Çalışırıq ki, ticarət müharibələrindən yan keçək", - Riyada prezidentinin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml     ABŞ  


Bizi "telegram"da izləyin