Kreml Rusiya və ABŞ diplomatlarının İstanbul görüşündən gözləntilərini açıqlayıb

2025/02/1739529720.jpg
Oxunub: 379     14:04     27 Fevral 2025    
İstanbulda keçirilən danışıqların nəticələri barədə məlumat veriləcək.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ər-Riyadda əldə olunmuş prinsipial razılaşmalar var.

"Hazırda ekspertlər səviyyəsində bu gün İstanbulda görüş keçirilir. Diplomatlarımız iki prezident arasında telefon danışığı zamanı əldə olunan anlaşmanı və yüksək səviyyəli nümayəndə heyətləri arasında Ər-Riyadda əldə olunmuş razılaşmaları inkişaf etdirmək üzərində işləyirlər.

Hələlik irəli qaçmaq lazım deyil. Danışıqların nəticələri barədə məlumat bu və ya digər şəkildə veriləcək" deyə Kremlin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin