Pentaqon Meksikada narkotik laboratoriyalarına zərbələr endirə bilər

2025/01/1738213821.jpg
Oxunub: 359     13:09     27 Fevral 2025    
ABŞ Meksikada fentanil maddəsinin istehsal olunduğu laboratoriyalara zərbə endirilməsi mümkünlüyünü istisna etmir.

Ordu.az "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset deyib.

"Mən heç nəyi istisna etmirəm. Bütün variantlar nəzərdən keçirilir", - o bildirib.

P.Heqset qeyd edib ki, yekun qərarı ABŞ Silahlı Qüvvələrinin Ali baş komandanı, yəni prezident Donald Tramp verməlidir.

Fentanilin yüksək dozada qəbul edilməsi ABŞ-də gənclər arasında əsas ölüm səbəblərindən biridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Meksika  


Bizi "telegram"da izləyin