Nasazlıq yaşayan “Su-57 Felon” İranda eniş edib

2025/02/1740646755.jpg
Oxunub: 923     13:32     27 Fevral 2025    
“AeroIndia 2025”dən qayıdarkən, “Su-57” İranın cənub-şərqindəki Bəndər-Abbas şəhərində yerləşən 9-cu Taktiki Hərbi Hava Qüvvələri Bazasına təcili eniş edib.

Ordu.az xəbər verir ki, mühərrikində problemlərin olduğu bildirilən təyyarə yerdə qapalı qalıb.

İnternetdə yayılan şəkillər və videolar bazada T-50 (“Su-57”nin prototiplərindən biri) olduğunu göstərir. Bu, qabaqcıl reaktiv təyyarənin İranda ilk dəfə çəkilişidir.

“054 Blue” bort nömrəsi daşıyan təyyarənin bu yaxınlarda Hindistana səfər edən T-50-4 prototipi olduğu müəyyən edilib. Təyyarə “AeroIndia 2025” zamanı nümayiş etdirilib və nümayiş uçuşları həyata keçirib. Lakin onun Hindistana gedərkən, İranda dayandığına dair hələ heç bir sübut yoxdur.

“The War Zone” tərəfindən əldə edilən peyk görüntülərinə görə, “Su-57” İrandakı bazada Il-76 yük təyyarəsinin yanında dayanıb. Eyni şəkildə bazanın uçuş-enmə zolağına yaxın ərazidə ABŞ istehsalı olan 2 ədəd “P-3C Orion” da görünür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Su-57   Felon   İran  


Bizi "telegram"da izləyin