Yaponiyada “Dharma Guardian” Hindistan-Yaponiya birgə hərbi təlimi başlayıb

2025/02/1740645661.jpg
Oxunub: 439     13:51     27 Fevral 2025    
Yaponiyanın Şərqi Fuci təlim poliqonunda Hindistan-Yaponiya 6-cı birgə hərbi təlimi “Dharma Guardian” başlayıb.

Ordu.az xəbər verir ki, hər il keçirilən təlim bu il ilk dəfə bölük səviyyəsində iştirak edən bölmələrlə daha geniş miqyasda təşkil edilib.

Açılış mərasimində Hindistanın Yaponiyadakı səfiri Sibi Corc və Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin (JGSDF) 1-ci diviziyasının komandiri general-leytenant Toriumi Seyci iştirak ediblər.

Hər iki yüksək səviyyəli rəsmi qoşunlara ən xoş arzularını çatdırıb və Hindistan-Yaponiya müdafiə əməkdaşlığının gücləndirilməsində təlimin əhəmiyyətini vurğulayıb.

Məlumata görə, təlimlər martın 9-dək davam edəcək və əsas diqqət geniş spektrli fəaliyyətlərə, o cümlədən şəhər ərazilərində terrorla mübarizə əməliyyatlarına və Birləşmiş Millətlər Təşkilatının sülhməramlı missiyalarına yönəldiləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Yaponiya  


Bizi "telegram"da izləyin