Pentaqon: ABŞ-də transgenderlərin hərbi xidmətdən tərxisinə başlanılır

2025/02/1740477629.jpg
Oxunub: 350     11:19     27 Fevral 2025    
ABŞ ordusu 30 gün ərzində transgenderləri xidmətdən azad etməyə başlayacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun xidməti qeydində deyilir.

“Nazirlik yalnız iki cinsi tanıyır: kişi və qadın. İnsanın cinsi dəyişməzdir. Bütün hərbi qulluqçular yalnız cinsinə uyğun xidmət edəcəklər”, - sənəddə bildirilib.

Qeyd olunub ki, konkret şəxslər üçün istisna məsələsinə yalnız fərdi qaydada, müəyyən hallarda baxıla bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   Transgender  


Bizi "telegram"da izləyin