Avropa İttifaqı Makronun Vaşinqtona səfərini vaxt itkisi adlandırıb

2025/02/cover-1740638685.jpg
Oxunub: 345     10:39     27 Fevral 2025    
Fransa prezidenti Emmanuel Makronun ABŞ lideri Donald Trampdan Ukrayna üçün təhlükəsizlik zəmanəti almaq məqsədilə Vaşinqtona səfəri vaxt itkisi olub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri yazıb.

"Makron Trampın dəstəklə bağlı heç bir dəqiq vəd vermədiyini bildirib. Buna görə də bu məsələdə strateji qeyri-müəyyənlik qalmaqdadır", - avropalı diplomat deyib. Nəşrin müsahibi Makronun səfərinin “vaxt itkisi” olduğunu vurğulayıb.

Tramp fevralın 26-da Ağ Evdə öz kabinetinin ilk iclasında bildirib ki, ABŞ administrasiyası Ukrayna hakimiyyətinə hər hansı yeni təhlükəsizlik zəmanəti təklif etmək niyyətində deyil. Onun fikrincə, bununla Avropa məşğul olmalıdır. “Financial Times” daha əvvəl yazmışdı ki, Makron Vaşinqtona səfəri zamanı Trampı münaqişə həll edildikdən sonra Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə dəstəklə bağlı öhdəlik götürməyə razı sala bilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Makron   Vaşinqton  


Bizi "telegram"da izləyin