Ordu.az xəbər verir ki, Özbəkistan Müdafiə Sənayesi Agentliyinin İnnovativ Texnologiyalar Mərkəzini ziyarət edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev istehsal gücü və hərbi texnologiya sahəsindəki inkişafları incələyib.
Səfər zamanı Çin istehsalı olan KS-1C və FM-90 HHM sistemlərinin görüntülənməsi Özbəkistanın bu sistemləri inventarına daxil etdiyini göstərir.
Özbəkistanın bu sistemləri öz inventarına əlavə etməsi ölkənin müdafiə tədarükündə müxtəliflik yaratmaq strategiyasını əks etdirir. Sovet, daha sonra isə Rusiya avadanlıqlarından asılı olan Özbəkistan son illərdə Çin və Türkiyə ilə hərbi əməkdaşlığını artırıb.
Bu strateji dəyişiklik regional təhlükəsizlik təhdidlərinə qarşı daha geniş müdafiə potensialının yaradılması zərurətindən irəli gəlir. Çin Mərkəzi Asiyada silah ixracında təsirli bir aktora çevrildiyi üçün Pekinin texnologiya transferlərini təşviq etməsi Özbəkistanın yerli müdafiə sənayesinin inkişafına töhfə verir.
Sevinc Əliyeva
Ordu.az