“Leonardo” “Baykar” ilə əməkdaşlıq prosesinin sürətlə inkişaf edəcəyini açıqlayıb

2025/02/1740635859.jpg
Oxunub: 457     12:56     27 Fevral 2025    
İtaliyanın aviasiya və müdafiə şirkəti “Leonardo”nun prezidenti Stefano Pontekorvo “Baykar” ilə əməkdaşlıq prosesinin sürətlə inkişaf edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Pontekorvo prosesin sürətlə davam etməli olduğunu vurğulayıb.

“Artıq müdafiə sənayesində vaxt itirməyə yer yoxdur. Söz uydurma dövrü bitdi”, - deyə o qeyd edib.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, Genuyada “Leonardo”nun rəqəmsal arxivlərinin təqdimat mərasiminə qatılan Pontekorvo “Baykar” ilə əməkdaşlıq ehtimalı ilə bağlı açıqlamalar verib.

Pontekorvo şirkətin baş direktoru Roberto Cinqolaninin prosesə sürətlə yaxınlaşdığını deyib.

“Özü “Formula 1” avtomobilinə bənzəyir. Beləliklə, bəli, proses sürətlə davam edəcək”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   Baykar  


Bizi "telegram"da izləyin