Vatikan Papа Fransiskin səhhətinin yaxşılaşdığını açıqlayıb

2025/02/17401-1740204374.jpg
Oxunub: 596     09:05     27 Fevral 2025    
İkitərəfli sətəlcəmdən müalicə olunan Roma Papası Fransiskin səhhəti bir qədər də yaxşılaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində Roma Papasının kliniki vəziyyəti bir qədər yaxşılaşıb. Daha əvvəl qeydə alınan böyrək çatışmazlığı artıq müşahidə edilmir. Dünən aparılan döş qəfəsi KT müayinəsi ağciyərlərdə iltihabi prosesin normal gedişatını göstərib”, – məlumatda bildirilir.

Qeyd edilib ki, 88 yaşlı pontifik hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Buna baxmayaraq, həkimlər onun vəziyyəti ilə bağlı ehtiyatlı nikbinlik nümayiş etdirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vatikan   Papа   Fransisk  


Bizi "telegram"da izləyin