Amerikalı senator İsrailə silah satışını əngəlləyən qanun layihəsini Senata təqdim edib

2025/02/1740552208.jpg
Oxunub: 519     15:02     27 Fevral 2025    
Amerikalı senator Bernie Sanders Vaşinqton administrasiyasının İsrailə silah satışını əngəlləyən qanun layihəsini Senata təqdim edib.

Ordu.az xəbər verir ki, Sanders Senatda verdiyi açıqlamada ABŞ-nin İsrailə milyardlarla dollar dəyərində silah satışının qarşısını almaq üçün addım atdığını açıqlayıb.

Sanders bildirib ki, o, Senata İsrailə silah satışından imtina etmək üçün qətnamə təqdim edib.

Sanders Netanyahunun Qəzza zolağında ABŞ bombalarından istifadə etdiyinə diqqət çəkib.

Qeyd edək ki, fevralın əvvəlində ABŞ administrasiyası İsrailə yeni silahların, o cümlədən müxtəlif kateqoriyalı minlərlə raket və sursatın ümumi dəyəri 7,4 milyard dollar olan satışını təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Amerika   İsrail   Silah  


Bizi "telegram"da izləyin