BMC-nin “Altay” tanklarını da istehsal edəcəyi Ankara fabrikinin xüsusiyyətləri açıqlanıb - ƏTRAFLI

2025/02/1740548481.jpg
Oxunub: 501     11:40     27 Fevral 2025    
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan BMC Ankaradakı yeni zirehli vasitə istehsal obyekti ilə Türkiyə Silahlı Qüvvələri üçün yerli və milli istehsal gücünü artırır.

Ordu.az-ın məlumatına görə, 555.000 kvadratmetr sahədə qurulan obyekt “BMC Power” ilə birlikdə ümumilikdə 840.000 kvadratmetr sahəyə çataraq, Türkiyənin ən böyük quru müdafiə istehsal mərkəzlərindən biri olacaq.

Bu obyekt xüsusilə “Altay” Əsas Döyüş Tankı və “Altuğ” 8x8 Zirehli Döyüş Vasitəsinin kütləvi istehsal mərkəzi kimi mühüm rol oynayacaq.

BMC-nin yeni istehsal müəssisəsi yerli və milli müdafiə sənayesi ekosisteminin gücləndirilməsində strateji addım hesab olunur.

Obyektdə istifadə olunacaq qabaqcıl mühəndis həlləri, robot istehsal sistemləri və yüksək dəqiqlikli keyfiyyətə nəzarət mexanizmləri Türkiyənin quru platformalarında texnoloji üstünlüyünü artırmağı hədəfləyir.

Obyektin əsas xüsusiyyətləri və tutumu aşağıdakılardır:

• İstehsal sahəsi: 63.000 kvadratmetrlik kütləvi istehsal xətti var.

• Prototip və sınaq emalatxanası: 9,720 kvadratmetr prototip inkişaf etdirmə sahəsi, 3,400 kvadratmetr sınaq və təhlil mərkəzi var.

• Mühəndislik və idarəetmə: 15,600 kvadratmetr mühəndislik və inzibati ofis sahəsi, 1,440 kvadratmetr təlim mərkəzi.

• Sınaq zolağı: Vasitələrin performans sınaqları 290.000 kvadratmetrlik xüsusi sınaq sahəsində aparılacaq.

• Məşğulluq: Tam gücə çatdıqda 1500-dən çox işçi işlə təmin olunacaq.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMC   Altay   Türkiyə  


Bizi "telegram"da izləyin