ASELSAN “Karat” və “Toygun”u sınaqdan keçirməyə başlayacaq

2025/02/1740548403.jpg
Oxunub: 804     14:39     27 Fevral 2025    
ASELSAN baş direktoru Ahmet Akyol şirkətin 2025 və 2026-cı illər üçün iddialı bir texnologiya yol xəritəsi təyin etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu çərçivədə “Toygun” elektro-optik sensor və hədəfləmə sistemi (EOTS) və “Karat” infraqırmızı axtarış və izləmə sisteminin (IRST) bu il pilotsuz uçuş aparatı platformasında sınaqlarına başlanacağı açıqlanıb.

Əbu-Dabidə keçirilmiş IDEX 2025 sərgisində “Shephard Media”ya danışan Akyol ASELSAN-ın ixrac uğurlarına diqqət çəkərək, 2024-cü ildə beynəlxalq bazarda 1 milyard ABŞ dolları dəyərində müqavilələrin imzalandığını bildirib.

O, şirkətin gələcək iki il üçün texnologiya yol xəritəsinin üç sütun üzərində qurulacağını vurğulayıb.

“ASELSAN olaraq biz beynəlxalq əməkdaşlığı artırmağa, hava hücumundan müdafiə, radar və sensor sistemləri və elektro-optik portfelimizi daha geniş bazara genişləndirməyə diqqət yetirəcəyik”. - deyə Akyol qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Karat   Toygun  


Bizi "telegram"da izləyin