“Altay” bu il 3, 2028-ci ilə qədər isə 85 ədəd T1 konfiqurasiyasında istehsal olunacaq

2025/02/1740548330.jpg
Oxunub: 561     14:07     27 Fevral 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün sektorun ən böyük layihələrindən biri olan “Altay” tankının istehsal prosesinin təfərrüatlarını paylaşıb.

Ordu.az xəbər verir ki, Türkiyə Quru Qoşunlarının sınaqları başa çatdığı üçün bu ilin sonuna qədər 3 “Altay” təhvil veriləcək.

Yeni Nəsil Vasitələr Layihəsinin imzalanma mərasimindən sonra Görgün Ankarada BMC-nin fabrik inşaaat işlərində “Tosyalı Holding” İdarə Heyətinin sədri Fuat Tosyalı ilə görüşüb. O, görülən işlər haqqında məlumat alıb.

Görgün çıxışında “Altay” prosesləri haqqında da məlumat verib:

“Bu gün biz müdafiə sənayemiz üçün tarixi bir prosesdə daha bir mühüm addım atdıq. Sədrliyimiz altında maraqlı tərəflərimizlə “Altay” Layihəsinin Qiymətləndirilməsi Toplantısını keçirdik və layihəmizin gedişatını ətraflı müzakirə etdik.

Toplantıdan sonra təqribən 1 milyon kvadratmetr sahədə inşa edilən, “Altay” Əsas Döyüş Tankının istehsal ediləcəyi BMC HAB Fabrikini ziyarət etdik, obyektin təklif etdiyi infrastruktur və texnoloji imkanları araşdırdıq. Bu mühüm səfər çərçivəsində mətbuat mənsubları ilə bir araya gələrək, layihəmizin hazırkı mərhələsini və gələcək hədəflərimizi bölüşdük.

Müdafiə sənayesində xarici asılılığı azaldan, ölkəmizin daxili və milli gücünü sahəyə əks etdirən “Altay” Əsas Döyüş Tankının bu il kütləvi istehsalına başlayırıq! Bu il 3 tankın təhvil verilməsindən sonra 2028-ci ilə qədər qəhrəman ordumuza T1 konfiqurasiyasında 85 ədəd “Altay” tankı təqdim edəcəyik. 2028-ci ildən etibarən T2 konfiqurasiya tədarüklərimiz başlayacaq və 165 tank istehsal edərək, Türkiyə Silahlı Qüvvələrimizə güc qatacağıq.

Baş podratçımız BMC-yə, bütün subpodratçılarımıza və layihənin həyata keçirilməsində əməyi olan hər kəsə bu uğurda göstərdikləri səylərə görə təşəkkür edirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Altay   Tank  


Bizi "telegram"da izləyin