Türkiyədə 53 nəfərin ölümü ilə nəticələnən terror aktının iştirakçılarından biri tutulub

2025/02/3b876-1740496113.jpg
Oxunub: 420     18:47     25 Fevral 2025    
Türkiyənin Reyhanlı şəhərində törədilən terror aktının iştirakçılarından biri tutulub.

Ordu.az "TRT Haber"ə istinadən xəbər verir ki, Temir Dükancı Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

O, Suriya-Livan sərhədində saxlanılaraq Türkiyəyə gətirilib.

Məlumata görə, terrorçu Suriyadan Livana qaçmaq istəyirdi.

Qeyd olunub ki, narıncı bülletenlə axtarılan terrorçu ölkədə baş verən son proseslər fonunda Suriyadan Livana qaçmaq istəyirdi.

Xatırladaq ki, 2013-cü ildə Reyhanlıda törədilən terror aktı nəticəsində 53 nəfər həlak olmuşdu. T.Dükancı həmin hadisədə iştirak edib. O, partlayıcı maddələrin Türkiyəyə gətirilməsinə kömək edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terrorçu  


Bizi "telegram"da izləyin