Lavrov Araqçi ilə ABŞ-la təmasları müzakirə edib

2024/12/1733460013.jpg
Oxunub: 444     17:45     25 Fevral 2025    
Biz İranla birlikdə Qərbdəki həmkarlarımızın səbəb olduğu vəziyyətdən çıxış yollarını axtarmağa hazırıq.

Ordu.az xəbər verir ki, bunu Tehranda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarı Abbas Araqçi ilə birgə mətbuat konfransında deyib.

“Müzakirələr zamanı birtərəfli iqtisadi sanksiyaların qəbuledilməzliyini bəyan etdik. Buna görə də həmin məhdudiyyətlərin hər iki ölkənin iqtisadiyyatına təsirlərinin azaldılması üçün məqsədyönlü fəaliyyətimizi davam etdirəcəyik.

Rusiyalı nazir Ukrayna böhranına yanaşmasına görə rəsmi Tehrana təşəkkür edib.

Lavrov İranlı həmkarı ilə Suriya böhranı, eləcə də Ər-Riyadda ABŞ ilə danışıqlar məsələsini müzakirə etdiyini də söyləyib: “Suriyada daxili siyasi vəziyyət qeyri-sabit olaraq qalıb. Ayrı-ayrı regionlardakı separatçılıq meylləri və fikir ayrılıqları qəbuledilməzdir. Biz bu ölkədə vəziyyəti normallaşdırmaq istiqamətində səyləri davam etdirəcəyik. Bu yolda həmin ölkənin ərazi bütövlüyünün qorunması məsələsi son dərəcə vacibdir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Araqçi  


Bizi "telegram"da izləyin