Polşa qırıcı təyyarələrini havaya qaldırıb

2025/02/1740467490.jpg
Oxunub: 383     11:07     25 Fevral 2025    
Polşa Rusiya aviasiyasının müşahidə olunan fəallığı ilə əlaqədar hərbi təyyarələri havaya qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata görə, Rusiyanın Ukraynanın qərbindəki hərbi aktivliyi ilə əlaqədar Polşa hava məkanında hərbi aviasiya fəaliyyətə başlayıb.

Qeyd olunub ki, Polşa ordusu yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyat sistemlərini də hazır vəziyyətə gətirib.

Polşa Silahlı Qüvvələri bu tədbiri sonuncu dəfə fevralın 1-də tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Rusiya  


Bizi "telegram"da izləyin