Ordu.az xəbər verir ki, “Sabah üçün yüksəlirik” şüarı ilə təşkil edilən sammitdə ROKETSAN-ın Strateji Tədarükçü İdarəetmə Proqramı çərçivəsində iş ortağı olmağa vəsiqə qazanan 63 şirkətə sertifikatlar təqdim edilib.
Türkiyə müdafiə sənayesinin ən böyük ekosistemlərindən birinə sahib olan ROKETSAN Strateji İş Ortaqlığı Zirvəsi çərçivəsində tədarükçüləri ilə bir araya gəlməyə və gələcək üçün yol xəritəsini müəyyənləşdirməyə davam edir.
İlk dəfə 2023-cü il sentyabrın 21-də keçirilən ikinci ROKETSAN Strateji İş Ortaqlığı Zirvəsi fevralın 24-də Ankarada keçirilib. “Sabah üçün yüksəlirik” şüarı ilə təşkil edilən zirvəyə ROKETSAN-ın tədarük prosesi ekosistemindəki 250-dən çox şirkət qatılıb.
Sammitdə, həmçinin ROKETSAN-ın strateji, taktiki və əməliyyat səviyyələrində uzunmüddətli faydalı tərəfdaşlıqlar qurmaq üçün yaratdığı Strateji Tədarükçü İdarəetmə Proqramı çərçivəsində müxtəlif səviyyələrdə iş ortağı olmağa vəsiqə qazanan 63 şirkətə sertifikatlar təqdim edilib. ROKETSAN-ın Strateji Tədarükçü İdarəetmə Proqramına daxil olan maraqlı şirkətlərin ümumi sayı 88-ə yüksəlib.
Sevinc Əliyeva
Ordu.az