Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
İkinci vurğulayıb ki, ROKETSAN təkcə Türkiyədə deyil, dünya miqyasında da böyüməyə davam edir.
ROKETSAN-ın baş direktoru şirkətin Türkiyənin ikinci ən sürətlə böyüyən müdafiə şirkəti olduğunu deyib.
“Birincisi, bildiyiniz kimi, “Baykar”, ikincisi isə ROKETSAN-dır. Dünyadakı artım tempinə baxanda, ciddi şəkildə ön sıralarda yer alır. Hazırkı məlumatlar göstərir ki, biz 11-ci yerdəyik. Qarşıdakı dövrdə bunu sürətlə yuxarıya daşımağı hədəfləyirik”, - deyə o qeyd edib.
ROKETSAN-ın qlobal miqyasda böyüdüyünü qeyd edən İkinci şirkətin nəinki ofislər açdığını, həm də istehsal müəssisələri quraraq, yerli istehsala diqqət yetirdiyini deyib.
“Hazırda Azərbaycanda istehsal müəssisəsi açırıq. Bundan əlavə, İndoneziya və Səudiyyə Ərəbistanında istehsal müəssisələrimiz olacaq. Honq-Konqdakı ofislərimizdən biri fəaliyyətini davam etdirir”, - deyə İkinci əlavə edib.
Sevinc Əliyeva
Ordu.az