Ordu.az xəbər verir ki, TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu Əbu-Dabidə keçirilmiş IDEX sərgisində “Anka-3”ün inventara daxil olması ilə bağlı məlumat verib.
Jurnalistlərə açıqlama verən Demiroğlu “Anka-3”ün sınaq prosesinin uğurla davam etdiyini və 2026-cı ildə inventara qəbul edilməsinin hədəfləndiyini bildirib.
Bu müddət ərzində layihə çərçivəsində çoxsaylı prototiplərlə sınaq fəaliyyətləri davam etdiriləcək.
TUSAŞ-nin pilotsuz uçuş platformalarının böyük maraqla qarşılandığını deyən Demiroğlu “Anka-3” Pilotsuz Döyüş Təyyarəsinin sınaq prosesi ilə bağlı qeyd edib:
“Anka-3”ün sınaqları çox yaxşı davam edir. Son aylarda biz daxili silah yuvasından atış həyata keçirdik. Bunlar növbəti sınaqlarımzla yenidən davam edəcək. İkili, üçlü və dördlü atışlar icra ediləcək. Eyni zamanda inventarla bağlı Türkiyə Hərbi Hava Qüvvələri ilə danışıqlarımız davam edir. Ümid edirik ki, onların istəklərinə uyğun dizayn dəyişiklikləri edəcəyik və 2026-cı ildə inventara təqdim edəcəyik. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.
Sevinc Əliyeva
Ordu.az