Yaponiya və Filippin müdafiə əlaqələrini dərinləşdirmək barədə razılığa gəlib

2025/02/1740463980.jpg
Oxunub: 577     16:11     25 Fevral 2025    
Yaponiya müdafiə naziri Nakatani Gen və Filippin müdafiə naziri Gilberto Teodoro müdafiə əlaqələrini dərinləşdirmək barədə razılığa gəliblər.

Ordu.az Filippin Xəbər Agentliyinə (PNA) istinadən xəbər verir ki, Filippinin paytaxtı Manilada Nakatanini qəbul edən Teodoro görüşdən əvvəl verdiyi açıqlamada ölkəsi ilə Yaponiya arasında müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin illərdir inkişaf etdiyini bildirib.

Teodoro Çin və digər ölkələrin beynəlxalq nizamı dəyişdirmək üçün birtərəfli cəhdlər etdiyini qeyd edib, bu cəhdlərə qarşı Yaponiya ilə müdafiə əlaqələrini inkişaf etdirmək istəklərini ifadə edib.

Nakatani də deyib ki, regional və beynəlxalq təhlükəsizlik mühiti getdikcə mürəkkəbləşir.

“Yaponiya və Filippinin regionda, beynəlxalq ictimaiyyətdə sülhə, sabitliyə töhfə vermək üçün müdafiə sahəsində əməkdaşlığı daha da inkişaf etdirməsinə artan ehtiyac var”, - deyə o qeyd edib.

Yaponiyanın müdafiə naziri, həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın və birgə işin səviyyəsinin yüksəldilməsi üçün Filippin tərəfi ilə dərin strateji müzakirələr aparmaqda maraqlı olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Filippin  


Bizi "telegram"da izləyin