“Altay” tankının kütləvi istehsal tədarük cədvəli açıqlandı

2025/02/rZ7hq-1740462885.jpg
Oxunub: 648     10:42     25 Fevral 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün 2025-ci ildə 3 ədəd, 2026-cı ildə 11 ədəd, 2027-ci ildə 41 ədəd, 2028-ci ildə 30 ədəd “Altay” tankının təhvil veriləcəyini bildirib.

Ordu.az xəbər verir ki, BMC-nin Ankara obyektlərində açıqlama verən Türkiyə MSK sədri 2025-ci ildə 3 ədəd “Atay T1” tankının təhvil veriləcəyini açıqlayıb.

Görgün bu çərçivədə 2025-ci ildə daha 3 ədəd, 2026-cı ildə 11 ədəd, 2027-ci ildə 41, 2028-ci ildə 30 ədəd, sonrakı illərdə daha 165 ədəd “Altay” tankının təhvil veriləcəyini deyib.

Bu çərçivədə sonrakı illərdə təhvil veriləcək 165 tank T2 konfiqurasiyasında olacaq.

“Altay”ın T2 konfiqurasiyası təkmilləşdirilmiş zireh sistemi, təcrid olunmuş gövdə sursatı konfiqurasiyası, lazerlə idarə olunan tank topundan atəş açma qabiliyyəti, ekipaj təlimi rejimi və mobil gizlətmə şəbəkəsi/iz idarəetməsi ilə təchiz olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   Altay  


Bizi "telegram"da izləyin