Ordu.az xəbər verir ki, razılaşmaya uyğun olaraq, Türkiyə Quru Qoşunları Komandanlığına 29 ədəd “Altuğ” 8×8 zirehli döyüş vasitələri təhvil veriləcək və bu vasitələrin İnteqrasiya Edilmiş Logistika Dəstəyi fəaliyyətlərini əhatə edən xidmətlər təmin ediləcək.
BMC “Ar-Ge” və texnologiyaya qoyduğu investisiyalarla Türkiyənin müdafiə sənayesində yerli və milli istehsal gücünə töhfə verməyə davam edir.
Əsas döyüş tankları, zirehli vasitələr, hərbi yük maşınları və logistik dəstək vasitələri kimi bir çox fərqli sinifdə hərbi quru platformaları istehsal edən BMC yerli və milli tam müstəqil müdafiə sənayesi hədəfləri istiqamətində inkişaf etdirdiyi layihələrlə diqqət çəkir.
“Altuğ” 8×8 istehsalı ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılayacaq yeni zirehli döyüş vasitəsi inventara daxil ediləcək.
Sevinc Əliyeva
Ordu.az