ABŞ Sakit Okean Komandanlığı: Çin Tayvana müdaxilə etməyə hazırlaşır

2025/02/1740462316.jpg
Oxunub: 393     14:20     25 Fevral 2025    
Hind-Sakit okean regionundakı yüksək səviyyəli amerikalı zabit admiral Samuel Paparo bildirib ki, Pekin təkcə Tayvan ətrafında müntəzəm təlimlər keçirmir, həm də Tayvan administrasiyasını materik Çinlə birləşməyə məcbur etmək üçün hərbi əməliyyatı məşq edir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ rəsmilərinin sözlərinə görə, Sakit okeanın qərbindəki Çin hərbi qüvvələri Tayvan administrasiyasını materik Çinlə birləşməyə məcbur edəcək əməliyyatı məşq edir.

Havayda keçirilən “Honolulu” Müdafiə Forumunda çıxış edən Paparo bildirib: “Həyata keçirilən fəaliyyətlər artıq məşğələ deyil, təlimdir”.

Döyüş təyyarəsi pilotu olan Paparo hazırda Vaşinqtonun Hindistandan Kaliforniyaya qədər uzanan xaricdəki hərbi əməliyyatlarına nəzarət edən, Honoluluda yerləşən ABŞ Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) rəhbəridir.

Qeyd edək ki, Pekin hökuməti son illərdə Tayvan adası ətrafında hərbi fəaliyyətini tədricən artırıb. Ötən il Tayvan administrasiyasının Müdafiə Nazirliyi oktyabr ayında 24 saat ərzində ada ətrafındakı hava məkanında fəaliyyət göstərən 153 Çin hərbi təyyarəsini izlədiyini bildirib, bu rəqəm bir günlük rekord hesab olunub.

ABŞ kəşfiyyatı daha əvvəl Çinin 2028-ci ilə qədər Tayvana müdaxilə edəcəyini iddia edən hesabatlar dərc etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Tayvan  


Bizi "telegram"da izləyin