Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
“Artıq öz təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtıdır”, - deyə o qeyd edib.
Şotlandiya İşçi Partiyasının illik qurultayında çıxış edən Starmer Vaşinqtona səfəri öncəsi ABŞ-nin Avropa ölkələrinin müdafiəyə daha çox pul xərcləməsi çağırışlarına toxunub.
Starmer Britaniyanın Avropa qitəsinin qorunmasında “aparıcı rol” oynayacağını deyib.
“Mən çoxdan deyirəm ki, biz avropalılar, o cümlədən Britaniya öz müdafiəmiz və təhlükəsizliyimiz üçün daha çox iş görməliyik. ABŞ bu barədə haqlıdır. Keçmişin rahatlığında ilişib qala bilmərik. Artıq öz təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtıdır”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az