Ordu.az xəbər verir ki, bu barədə “Baykar”ın açıqlamasında bildirilib.
Açıqlamaya görə, 2023-cü ildə 1,8 milyard dollarlıq ixracat həyata keçirərək, Türkiyənin ən çox ixracat həyata keçirən ilk 10 şirkəti arasında yer alan “Baykar” 2024-cü ildə də eyni rəqəmə çataraq, bu uğurunu davam etdirib.
2024-cü ildəki 1,8 milyard dollarlıq ixracatla “Baykar” ötən il gəlirlərinin 90 faizini ixracatdan əldə edib.
PUA “Ar-Ge” prosesinin başladığı 2003-cü ildən etbarən bütün layihələrini öz imkanları ilə həyata keçirən “Baykar” ümumi gəlirinin 83 faizini ixracatdan əldə edib.
Sevinc Əliyeva
Ordu.az