Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Müvafiq nümayiş İnsansız Aviasiya və Hücum Silahları Proqramının Həyata Keçirilməsi Ofisinin (PEO [U&W]) portfelindəki “Hava-Hava” Raketləri Proqramı Ofisinin (PMA-259) məhsulları arasında yer alıb.
Olduqca gizli saxlanılan AIM-260 JATM PMA-259-un inventarındakı “AIM-9M/X Sidewinder”, AIM-120 AMRAAM, RIM-7M/P və bu yaxınlarda ortaya çıxan AIM-174B kimi raketlərlə birlikdə nümayiş etdirilib.
Ancaq bu günə qədər JATM-in heç bir real görüntüsü paylaşılmadığından, NAVAIR tərəfindən dərc edilən şəklin sadəcə konseptual dizayn olması ehtimalı istisna oluna bilməz.
Sevinc Əliyeva
Ordu.az