“Hürkuş-2” kütləvi istehsala keçdi: Budur təfərrüatlar...

2025/02/1740461099.jpg
Oxunub: 797     16:34     25 Fevral 2025    
Əbu-Dabidə keçirilən IDEX 2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində “Hürkuş” təyyarəsi ilə iştirak edən TUSAŞ “Hürkuş-2”nin kütləvi istehsalına başlayıb.

Ordu.az xəbər verir ki, TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu jurnalistlərə açıqlamasında layihələrin təfərrüatlarını açıqlayıb.

BƏƏ-nin “Hürkuş” ilə maraqlandığını açıqlayan Demiroğlu deyib: “Hürkuş” həm Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), həm də ətraf ölkələrdə təlim təyyarələri çatışmazlığını aradan qaldıracaq bir təyyarədir. BƏƏ-nin də hazırlamağa çalışdığı platforması var: B-250. Amma hələ ilkin mərhələdədir”.

Demiroğlu qeyd edib ki, bu və buna bənzər məsələləri BƏƏ ilə müzakirə edirlər.

“Onlarla bu və buna bənzər məsələləri müzakirə edirik, “Hürkuş”un təlim təyyarəsi və növbəti yüngül hücum təyyarəsi konfiqurasiyası ilə bağlı digər ölkələrlə də danışıqlar aparırıq. Düşünürəm ki, bu kəsirləri aradan qaldırmaq üçün həm burada, həm də digər ölkələrlə müqavilələr bağlaya bilərik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürkuş-2   TUSAŞ  


Bizi "telegram"da izləyin