Türkiyə Sahil Mühafizə Komandanlığına məxsus AB-412 helikopterləri ASELSAN tərəfindən modernləşdiriləcək

2025/02/1740460838.jpg
Oxunub: 493     15:40     25 Fevral 2025    
Türkiyə Sahil Mühafizə Komandanlığına məxsus AB-412 helikopterləri ASELSAN tərəfindən modernləşdiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyə Sahil Mühafizə Komandanlığının paylaşdığı “2024-cü il fəaliyyətləri və 2025-ci il hədəfləri” hesabatında yer alan məlumata görə, Sahil Mühafizə Komandanlığının inventarında olan helikopterlər modernləşdiriləcək.

Bu çərçivədə, hesabatda qeyd edildiyi kimi, 2002-ci ildən etibarən inventarda olan və axtarış-xilasetmə məqsədləri üçün istifadə edilən AB-412 helikopterlərində müxtəlif cihazların yerli və milli sistemlərlə modernləşdirilməsi üçün ASELSAN A.Ş. ilə koordinasiyalı işlər davam etdirilir.

Hazırkı helikopterlərin 2030-cu ilə qədər modernləşdirilməsi planlaşdırılır.

Bu çərçivədə ASELSAN koordinasiyasında modernləşdiriləcək AB-412 helikopterlərində təkmilləşdiriləcək sistemlər arasında radar, konsol və görüntü qeydə alma sistemi, elektron xəritə, görüntü ötürmə sistemi, elektro-optik sensorlar, rabitə cihazları, AIS montajı və milli IFF komponentləri var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN   Sahil-Mühafizə  


Bizi "telegram"da izləyin