Ordu.az xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Komandanlığının dərc etdiyi “2024-cü il fəaliyyətləri və 2025-ci il hədəfləri” hesabatında komandanlığa yeni helikopterlərin alınması ilə bağlı məlumatlar yer alıb.
Bu çərçivədə Türkiyə Sahil Mühafizə Komandanlığına 3 ədəd “Gökbey” helikopterinin tədarükü üçün mühüm addım atılıb.
Layihə çərçivəsində 2 helikopterin 2026-cı ilin iyulunda, 1 helikopterin isə 2026-cı ilin sentyabrında təhvil verilməsi planlaşdırılır.
Gələcəkdə istehsal olunacaq 57 helikopterdən 6-nın Türkiyə Sahil Mühafizə Komandanlığına ayrılmasına qərar verildiyi də paylaşılıb.
Sevinc Əliyeva
Ordu.az