T-90M və T-72B3M əsas döyüş tankları “Arena-M” aktiv qoruma sistemi ilə təchiz olunub

2025/02/1740460447.jpg
Oxunub: 622     18:28     25 Fevral 2025    
T-90M və T-72B3M əsas döyüş tanklarının “Arena-M” aktiv qoruma sistemi ilə təchiz olunduğu açıqlanıb.

Ordu.az xəbər verir ki, Rusiyanın “Rostec” müdafiə sənayesi şirkətinin törəmə şirkəti olan “Uralvagonzavod” (UVZ) IDEX 2025 sərgisi çərçivəsində verdiyi açıqlamada T-90M və T-72B3M əsas döyüş tanklarının “Arena-M” aktiv qoruma sistemi ilə təchiz olunduğunu təsdiqləyib.

Açıqlamanı sözügedən tankların istehsalçısı olan UVZ şirkətinin nümayəndəsi verib.

Bu çərçivədə 2024-cü ilin fevral ayında “Arena-M” aktiv qoruma sistemi ilə bir neçə fərdi T-90M və T-72B3 tankları nümayiş etdirilib.

Bununla belə, analitiklər UVZ-nin hazırkı məhdud istehsal imkanlarını nəzərə alaraq, bu sistemlərin tammiqyaslı tətbiqinə şübhə ilə yanaşırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: T-72B3M   Arena-M  


Bizi "telegram"da izləyin