Kolumbiyada yük maşını dərəyə aşıb, 8 əsgər ölüb

2025/02/39b0e-1740457974.jpg
Oxunub: 404     04:45     25 Fevral 2025    
Kolumbiyanın cənub-qərbində yük maşınının dərəyə aşması nəticəsində 8 əsgər həlak olub, 16-sı isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.

“Narinyoda yol qəzasında ölkəmizə və Kolumbiya xalqına xidmət edən 8 əsgər həlak olub. Bu çox üzücü hadisədir və ölənlərin yaxınlarına başsağlığı verirəm”, - deyə o qeyd edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 100 metr hündürlükdən düşən yük maşınında 36 əsgər olub. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Qəza   Əsgər  


Bizi "telegram"da izləyin