Putin: Həm ABŞ, həm də Rusiyanın müdafiə xərclərini 50% azaltması fikri yaxşı ideyadır

2025/02/1740457496.jpg
Oxunub: 406     00:36     25 Fevral 2025    
Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, həm ABŞ, həm də Rusiyanın müdafiə xərclərini 50% azaltması ideyası yaxşı fikirdir.

Ordu.az xəbər verir ki, bu barədə Putin “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi Pavel Zarubinə müsahibəsində deyib.

“Əvvəlcə bütün bunları hesablamalıyıq. Bunlar Britaniya mərkəzinin hesablamalarıdır. Bu düzgün ola bilər, çox düzgün olmaya bilər və ya heç doğru olmaya bilər. Amma buna baxmaq lazımdır, bu birincisi. İkincisi. Çin Xalq Respublikasının buna münasibətini heç cür şərh edə bilmərəm. Strateji hücum silahları və digər çox ciddi məsələlərlə bağlı Amerika tərəfdən müxtəlif yanaşmalar var idi. Ona görə də, bu, Çin Xalq Respublikasının məsələsidir, lakin biz ABŞ ilə razılığa gələ bilərik. Biz bunun əleyhinə deyilik. Məncə, fikir yaxşı ideyadır. ABŞ 50%, biz də 50% ixtisar edərdik. Əgər Çin Xalq Respublikası da istəsə, o zaman qoşular. Hesab edirik ki, təklif yaxşıdır və bu məsələni müzakirə etməyə hazırıq”, - Rusiya Prezidenti qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin