Kallas: "Aİ martdakı sammitdə Ukraynaya hərbi yardımın həcmini müəyyən edəcək"

2025/02/1740419534.jpg
Oxunub: 521     21:34     24 Fevral 2025    
Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları martın 6-dakı fövqəladə sammitdə Ukraynaya yeni hərbi yardımın detallarını və həcmini müəyyən edəcəklər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Nazirlər Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı yeni təşəbbüsü müzakirə ediblər. Təfərrüatlar martın 6-da Aİ-nin fövqəladə sammitində müzakirə olunacaq", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas    


Bizi "telegram"da izləyin